Türkiyə ordusunun Suriyada PKK/YPG qruplaşmasına qarşı apardığı “Sülh çeşməsi” əməliyyatından qorxuya düşən bəzi terrorçular təslim olublar.
Təslim olan terrorçulardan biri ifadəsində PKK-ya məcburi şəkildə qoşulduğunu deyib.
“PKK-çılar atamla mənim önümü kəsərək, onlara qoşulmağımı tələb etdilər. Əks halda atamı öldürəcəkləri ilə hədələdilər. Daha sonra məni Ras əl-Ayna aparıb, silah-sursat verdilər.
Türk əsgərləri sərhədi keçəndə təslim oldum. Türklər bizə çox yaxşı münasibət göstərdilər, yemək verdilər. PKK donuzlarının yanında döyüşən gənclərə səslənirəm: gəlin, türk əsgərinə təslim olun”, – o bildirib.