Türkiyəyə qarşı Hindistandan kömək istədilər: Raketlər verin, ölkəmizdə baza qurun

0
11

Türkiyənin son aylarda əldə etdiyi mühüm geosiyasi qələbələr Yunanıstanda narahatlığa səbəb olub.

Bu barədə Yunanıstan mətbuatı yazıb.

Xəbərdə PKK terror təşkilatının özünü ləğv etməsi məsələsinə toxunulub. Bildirilib ki, bu qərarla Şimali İraq və Şimali Suriyadakı təcrübəli Türkiyə ordusu Yunanıstana qarşı istifadə oluna biləcək bölgələrə çəkilə bilər.

Türkiyənin gələcəkdə Suriyadakı hava bazalarını almasının Cənubi Kipr və Yunanıstan üçün risk yaratdığı qeyd edilib.

Həmçinin bildirilib ki, Yunanıstan son Kəşmir gərginliyindən sonra Pakistana verdiyi dəstək səbəbiylə Hindistanın Türkiyə ilə bağlı narahatlığından istifadə etməlidir:

“Hindistan donanmasını Egey və Cənub-Şərqi Aralıq dənizində təlimlərə cəlb etməli, həmçinin gəmilərimizdə və adalarımızda yerləşdirilmək üçün Hindistanın BRAHMOS raketlərini əldə etməyə çalışmalıyıq”.