Türkiyəyə qarşı çıxan 5 ölkəyə mesaj

0
802

Türkiyə onu istəməyən 5 ölkəyə qarşı lazım olan addımları atmağa başlayıb.

Məlumata görə, son vaxtlarda Yunanıstan, Fransa, İsrail, BƏƏ və Misirin Türkiyəyə qarşı atdığı addımlara Türkiyə “Bölgədə və masada qazanc” strategiyası çərçivəsində cavab verib:

“Son bir ayda ABŞ, Qətər, Oman, Niger, Efiopiya daxil olmaqla, Körfəz, Asiya, Afrika və Balkan ölkələri ilə diplomatik, hərbi və siyasi sahələrdə əməkdaşlıq edilib. Bu müddətdə Nigerlə 4 yeni anlaşma imzalanıb. Türkiyənin Liviya hökuməti yanında tərəflərin sayının çoxalması istiqamətində gördüyü işlər nəticə verməyə başladı. Qətər də Liviya hökumətinə dəstəyini ifadə etdi. Hər iki ölkənin rəsmiləri Türkiyədə bir araya gəldi və 1 ay ərzində müxtəlif səviyyələrdə 4 ayrı təmas yaşandı.

Digər tərəfdən, Türkiyən ABŞ-a Liviyada daha aktiv olması ilə bağlı çağırışlar etdi və artıq birgə komitə yaradılması üçün işlər son mərhələyə çatıb”.

Məqalədə vurğulanıb ki, Türkiyə təkcə bununla kifayətlənməyərək, Asiya ölkələri ilə də əməkdaşlığa başlayıb:

“Asiyaya yenidən açılış” təşəbbüsü çərçivəsində cari ilin ilk yarısında Türkiyənin xaricdəki nümayəndəliklərinin iştirakı ilə fəaliyyət planındakı 60 maddə 100-ə qaldırıldı. Asiya siyasətinin genişlənməsində əsas prioritet iqtisadi əməkdaşlığın gücləndirilməsidir”.