Türkiyənin yox olacaq şəhərindən SON FOTOLAR

0
575

Dünyanın ən qədim şəhərindən biri – Türkiyənin Həsənkeyfi şəhəri tezliklə suyun altında qalacaq.

Hökümət onun yerləşdiyi yerdə – Dəclə çayının sahilində – su anbarı tikmək qərarına gəlib. Evlərini tərk etməli olan sakinlərə verilən vaxt isə oktyabrın 8-də başa çatıb. Tezliklə “İlisu” SES istifadəyə veriləcək və şəhər ərazisinin böyük hissəsi, eləcə də ətrafdakı bir sıra məntəqələr suyun altında qalacaq. Köçkünlər üçün Yeni Həsənkeyf şəhərinin tikilməsinə baxmayaraq, onların bir çoxu dambanın tikilməsinə qarşı olub. Onları bütün tarixi abidələrin digər yerlərə köçürülməsinin mümkünsüzlüyünü görən alimlər də dəstəkləyib.

İnsanlar bu yerlərdə qədim dövrlərdən yaşayıb. Şəhərin romalılar tərəfindən salındığı qeyd olunur. Həsənkeyf Osmanlı imperiyasının vaxtında fəal inkişaf edib və çiçəklənib.

Tezliklə yox olacaq şəhərin son fotolarını təqdim edirik: