Türkiyənin yeni peyki orbitə buraxıldı

0
267

Türkiyənin “TürkSAT 5B” süni peyki dekabrın 19-da Ankara vaxtı ilə saat 06:58-də (Bakı vaxtı ilə saat 07:58) orbitə göndərilib. Bu peykin fəaliyyətə başlaması ilə Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.

“TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılıb.

Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Cənubi Afrika və Nigeriya daxil olmaqla geniş əhatə dairəsinə xidmət göstərəcək.

Yeni peykin istismara verilməsi ilə “TÜRKSAT A.Ş.”ə aid rabitə peyklərinin sayı beşə çatdırılıb. Bildirilir ki, “TürkSAT 5B”nin manevr ömrü 35 ildən çox nəzərdə tutulub.Qeyd edə bilərik ki, peyk-rabitə şəbəkəsi günü-gündən inkişaf edir. “TürkSAT 5A” cari il yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib. Qardaş ölkənin milli istehsalı olan “TürkSAT 6A” peykinin 2023-ci ildə orbitə buraxılmazı nəzərdə tutulur. “TürkSAT 6A” peyki ASELSAN başda olmaqla Türkiyənin aparıcı şirkətləri tərəfindən istehsal olunacaq