Türkiyənin dünyanın müxtəlif ölkələrindəki hərbi bazalarında pandemiya dönəminə rəğmən müəyyən qaydalara əməl olunmaqla oruc tutan hərbçilər üçün iftar süfrələri təşkil edilib.

“Anadolu” informasiya agentliyi öz portalında Türkiyənin xarici hərbi bazalarında iftarların necə keçirilməsi ilə bağlı video-reportaj yerləşdirib.
İftar reportajları Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Şimali Kipr və Somalidəki türk hərbi bazalarında çəkilib.