Yaponiyanın vəliəhd şahzadəsi Akişino Türkiyə-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 100-cü ildönümü çərçivəsində Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə Türkiyənin Kommunikasiya direktoru Fahrettin Altun açıqlama verib.
3-7 dekabr ərəfəsində səfər edəcək şahzadə-vəliəhdin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
Fahrettin Altunun sözlərinə görə, Akişino İstanbulda ictimai və mədəni tədbirlərə də qatılacaq:
“Səfər çərçivəsində Türkiyə və Yaponiyanın birgə həyata keçirdiyi Kalehöyük qazıntı sahəsində də araşdırmalar aparılacaq. Ümid edirik ki, ölkəmizə imperator ailəsindən şahzadə-vəliəhd səviyyəsində olan bu ilk rəsmi səfər Türkiyə ilə Yaponiya arasında köklü dostluq və həmrəylik bağlarının daha da möhkəmlənməsinə səbəb olacaq”.