Türkiyənin Suriyada yaralanan 5 hərbçisindən 2-si şəhid olub

0
470

Suriyanın Tel Rıfat bölgəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının Türkiyənin hərbi hissəsinə hücumu nəticəsində yaralanan 5  hərbçidən 2-si şəhid olub.

Məlumatı “Haberler” yayıb.

Türkiyənin “Fırat kalkanı” (“Fərat qalxanı”) nəticəsində terrorçulardan təmizlədiyi Suriyanın Hələb əyalətinin Azez rayonu yaxınlığındakı hərbi bazaya terrorçu PKK/YPG-PYD qruplaşmasının top mərmisi atması nəticəsində Türkiyənin 5 hərbçisi yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.

Yaralı hərbçilər təcili tibbi yardım maşınları ilə Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşədirilib.

Qeyd edək ki,Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi “Barış pınar”ı antiterror əməiyyatının 3-cü günü terrorçu PKK/YPG-PYD qruplaşması silahlıları ilə atışma nəticəsində  1 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Hadisə oktyabrın 11-də səhər saatlarında baş verib.

Terrorçuların Suriya ərazisindən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə atdığı raket və top mərmisinin partlaması nəticəsində 7 dinc sakin həlak olub, 85 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü tanıdığını və bu ölkədə terrorçuların dövlət qurmasına imkan verməyəcəyini bildirir.

Bu əməliyyatı ABŞ, Rusiya, Pakistan, İran, Qətər və başqa dövlətlər dəstəkləyir. Əməliyyatın 3-cü günüdə 277 terrorçu zərərsizləşdirilib.