Türkiyənin sprey formasında koronavirus peyvəndinin digər vaksinlərdən üstünlüyü

0
295

Türkiyənin koronavirusa qarşı istehsal etdiyi sprey formasında peyvənd digərlər vaksinlərdən fərqlənir.

Bu barədə ölkənin İnfeksion Xəstəliklər şöbəsinin müdiri, professor Mehmet Ceyhan DHA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, “İntranazal Kovid” burundan daxil edildiyi üçün virusun bədənə daxil olmasının və yayılmasının qarşısını alır:

“Virus orqanizmə ağızdan və burundan daxil olur. Biz də eyni yolla immunitet sistemini gücləndirsək, girişdə virusun qarşısını kəsmiş oluruq”.

Professor qeyd edib ki, əzələyə yeridilən peyvənd virus qanda olandan sonra anticismlər yaradır.

Xatırladaq ki, Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca türkiyəli alimlərin hazırladığı “İntranazal Kovid” peyvəndinin birinci mərhələ sınaqlarına başlayacağını açıqlayıb.