Türkiyə ordusunun İraqın Neynəva vilayətində yerləşən hərbi bazası raket hücumuna məruz qalıb.
Məlumata görə, Mosul şəhərinin şimal-şərqində Türkiyənin Zlikan hərbi bazası ərazisində üç raket partlayıb. Vilayətin güc strukturlarının nümayəndəsinin qeyd etdiyi kimi, türk əsgərlərindən heç biri xəsarət almayıb. Hücum yalnız maddi zərərlə nəticələnib.
Türkiyə artilleriyası raketlərin atıldığı iddia edilən əraziyə atəş açıb.
Hələlik heç bir qrup və ya təşkilat bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.