Türkiyənin Ermənistanla sərhədi açmaq üçün Azərbaycanla bağlı şərti: Fidan açıqladı

0
48

Türkiyə Cümhuriyyəti Azərbaycanla münasibətlərin normallaşması fonunda qonşu Ermənistanla sərhədi aça bilər.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Müsbət nəticə olacağı təqdirdə ssenarimizi hazırlamalıyıq və bu istiqamətdə işlər gedir. Normallaşma prosesi başa çatarsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddə qapılarımızı aça bilərik”, – deyə türkiyəli nazir “Sabah” qəzetinə bildirib.

İyulun 30-da Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iki ölkənin sərhədində görüş keçirərək, ikitərəfli münasibətlərin ilkin şərt olmadan normallaşdırılması prosesini davam etdirmək niyyətlərini təsdiqləyiblər.