Ərdoğan-Putin görüşündə Rusiya rəhbərliyi Suriyada baş verən hadisələrlə bağlı ciddi və dəqiq addımlar atmalıdır.
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov deyib.
İdlib hadisələrinin kökü 90-cı illərə dayanır. O dövrdə İraq lideri Səddam Hüseyn Küveytə qarşı “Səhrada fırtına” əməliyyatını başlatdı. Düşünürəm ki, hazırda bölgədə baş verənlər bir növ o hadisələrin davamıdır.
– Türkiyə ordusu Əsəd rejimi ilə yanaşı, digər hərbi birləşmələrlə də mübarizə aparır.
– Türk ordusu əməliyyatlarda ən son texnologiyalardan istifadə edir.
– Türkiyənin ortaya qoyduğu mövqe, istifadə etdiyi taktika düzgündür.
– Azərbaycan Qarabağ məsələsində Türkiyə ordusunun taktikasından istifadə edərsə, çox yüksək nəticələr əldə edə bilər.
– Ermənilər artıq başa düşürlər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, BMT-nin qətnamələri mütləq mənada yerinə yetirilməlidir.
– Azərbaycanın hərbi əməkdaşlıq etdiyi ölkələrdən aldığı texnika və silahlar ordunun hərbi əməliyyat bacarığını bir qədər də artırır.
– Bu gün biz döyüş aparmırıq, təlimlərdə hazırlıq prosesini cilalayırıq.
– Azərbaycan ordusunun elə zabitləri var ki, ingilis dilində hərb elmini dünyaya tədris edirlər.
– Qarabağ məsələsi hərbi yox, siyasi xarakter daşıyır.
– Ali Baş Komandan əmr verərsə, ordumuz Dağlıq Qarabağı azad etməyə hazır və qadirdir.