Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik.
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq”.