
Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində həlak olan şəhidlərimizə rəhmət, yaralılara isə şəfa diləyib.
Səfirlik bununla bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda qeyd edilir:
“Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həyatını fəda edən 2783 qardaşımızı rəhmətlə anarıq, yaralılara şəfa diləyirik. “İki Dövlət Bir Millət” anlayışı ilə hər zaman Azərbaycanın yanında olacağımızı bir daha təkrarlayırıq”.