Türkiyəni bu yolla qorxutmağa çalışırlar – Qalın

0
398

Yunanıstan qəzetinin təhqir məzmunlu xəbər yaymasını şiddətlə qınayıram, lənətləyirəm.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

“Çünki bu cür məlumat təqdim etməyin mətbuat və ifadə azadlığı ilə əlaqəsi yoxdur. Bu, təxribatdır.

Türkiyəyə qarşı təhdid, sanksiya və şantaj yolu ilə nəticə əldə etmək mümkün deyil. Avropalı siyasətçilər bunu bilməlidirlər. Türkiyəni təhdid və sanksiya ilə qorxudacaqlarını zənn edənlər boş yerə cəhd edirlər”.

Qeyd edək ki, bir qədər əvvəl yunan mediasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı yayımlanan məqalədə təhqiredici ifadələr yer alıb.