Türkiyəli nazirdən Zəngəzur yolu ilə bağlı mühüm açıqlama

0
19

Zəngəzur yolu bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan Orta Dəhliz üzərindən həyata keçirilən yükdaşımalarda Zəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərində işləyir.

Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“Orta Dəhliz barədə danışanda Zəngəzur yolunu xüsusi vurğulamaq istəyirəm. Gələcəkdə bu yol üzərindən daha bir marşrut yaratmaq istiqamətində aktiv işlər gedir”, – deyə nazir qeyd edib.