Azərbaycandan Türkiyəyə işləmək üçün gedən üç nəfər – Anar Abasov, İlqar Ragiyev, Temroz Hacıyev İqdır şəhərində çarəsiz durumda qalıb.
Gənclər gecəni məscidin həyətində keçiriblər. Onlar səlahiyyətli orqanlardan yardım istəyirlər.
Bir müddət əvvəl Türkiyəyə gedən gənclərdən ikisi Antalyada, biri isə İzmirdə tapdıqları müxtəlif işlərdə çalışıblar. Lakin koronavirus pandemiyasına görə sərhədlər bağlandığı üçün bu üç gənc çıxılmaz vəziyyətə düşüb. Ölkəyə qayıtmaq üçün Dilucu gömrük məntəqəsinə qədər gələn oğlanlara burada sərhədi keçmək icazəsi verilməyib.
Səfirliklə danışıqları nəticə verməyən həmvətənlərimiz pulları olmadığı üçün gecəni İqdırdakı məsciddə keçiriblər.