Türkiyədən BMT-yə xəbərdarlıq: Bunu etməsəniz, beynəlxalq sistem çökəcək

0
93

Türkiyə BMT Təhlükəsizlik Şurası tərəfindən Fələstinin müstəqil dövlət kimi tanınmasının tərəfdarıdır. Fələstinin müstəqil dövlət kimi tanınmadığı vəziyyətin təkrarlanması beynəlxalq sistemin dağılmasına gətirib çıxaracaq.

Bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyibş.

“Türkiyə olaraq Fələstinin BMT Təhlükəsizlik Şurası tərəfindən dərhal müstəqil dövlət kimi tanınmasının çox vacib olduğuna inanırıq. Bu, beynəlxalq hüququn və bəşəriyyətin vicdanının tələbidir. Beynəlxalq sistem artıq böyük böhran vəziyyətindədir. 150 ölkənin tanıdığı dövlət, BMT Təhlükəsizlik Şurasında bir ölkə səsverməsi ilə yenidən rədd edilərsə, biz bu böhranı daha da dərinləşdirəcək və beynəlxalq sistemin tamamilə dağılmasına səbəb olacaq reallıqla qarşılaşacağıq”, – deyə Fidan Brüsselə səfərindən sonra jurnalistlərə bildirib.

O, bazar günü İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Təmas Qrupu çərçivəsində danışıqlar aparıb və bir sıra ikitərəfli görüşlər keçirib. Türkiyə XİN rəhbərinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Fələstini tanımasa belə, Ankaradan nümunə götürərək, ona real dövlət kimi yanaşmaq lazımdır.

“Biz 150 ölkəni Türkiyənin etdiyi kimi Fələstinə real dövlət kimi davranmağa çağırırıq: səfirlik açmaqdan protokol prosedurlarına, iqtisadi yardım göstərməyə, iqtisadi əlaqələri inkişaf etdirməyə qədər. Fələstin işğal altındadır və iqtisadi və siyasi azadlığından istifadə edə bilmir. Hətta simvolik olaraq, zaman-zaman biz Fələstinə real dövlət kimi yanaşmalı və onu müdafiə etməliyik”, – deyə Fidan vurğulayıb.