Türkiyədən Azərbaycana sement ixracı artıb

0
293

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,38 faiz artaraq 10,982 milyon dollar təşkil edib.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyə Azərbaycana 2,722 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 13,4 faiz azdır.

2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 1,146 milyard dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,2 faizini təşkil edib.

Son 12 ay ərzində (aprel 2019-cu il – aprel 2020-ci il) Türkiyə 3,515 milyard dollar məbləğində sement ixrac edib