2019-cu ildə Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2018-ci illə müqayisədə 19,49 faiz artaraq 171,073 milyon dollar təşkil edib.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2019-cu ilin noyabrında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2018-ci ilin noyabrı ilə müqayisədə 67,19 faiz artıb və 20,489 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2019-cu ildə Türkiyənin elektrik avadanlıqları ixracı 2018-ci illə müqayisədə 0,5 faiz azalaraq 11,242 milyard dollar təşkil edib.
Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,2 faizini təşkil edib.
2019-cu ilin dekabrında Türkiyənin elektrik avadanlıqları ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 2,2 faiz artıb və 977,915 milyon dollara və ya ümumi ixracın 6,4 faizinə bərabər olub.