Türkiyədən ABŞ-ın xəbərdarlığına reaksiya: Bu məhsulların Rusiyaya ixracı dayandırıldı

0
38

Türkiyə gömrüyü ABŞ-ın mümkün “nəticələri” ilə bağlı xəbərdarlıqlarından sonra Rusiyaya Amerika hərbi məhsullarının ixracını məhdudlaşdırıb.

Bu barədə “Financial Times” (FT) vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Qərb istehsalı olan komponentlər siyahısından 50 bənd, o cümlədən raket və dronlarda istifadə olunan mikroçiplər, uzaqdan idarəetmə sistemləri, prosessorlar və yaddaş kartları, maşınlar və digər avadanlıqlar ixrac məhdudiyyəti altına düşüb.

“Fontanka.ru”isə xəbər verir ki, eyni zamanda, Türkiyə hakimiyyəti tətbiq edilən məhdudiyyətləri – FT həmsöhbətlərindən birinin iddia etdiyi kimi, “siyasi həssaslığa görə” açıq elan etməyib.