“Kahramanmaraşda olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti 234 nəfərlik qrupu sabah Vətənə qayıdacaq”.
Bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Kahramanmaraşda qalan FHN heyətinin işi növbətçilik sistemi əsasında işləri təşkil etmək, əgər hər hansı bir hadisə baş versə, hadisəyə dərhal reaksiya verməkdir.