Türkiyədə zəlzələnin baş verdiyi şəhərlərin bəzi sakinləri parklarda gecələyir – FOTO

0
495

Türkiyənin Elazığ və Malatya şəhərində baş vermiş şiddətli zəlzələdən sonra sakinlərin bir qismi iki gecədir parklarda gecələyir.

Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsi və Qızıl Ay Cəmiyyətinin dəstəyi ilə Elazığın mərkəzində yerləşən mədəniyyət parkında 200 ədəd çadır qurulub. Ümumilikdə isə ərazidə 600 ailə cadırla təmin olunub.

Bundan başqa vətəndaşlar qalın örtüklər, yastıq və yorğan, eləcə də qida ilə təmin olunublar. Yeraltı təkanların davam etdiyi ərazidə ailələrə yaşayış binalarından uzaq durmaq tövsiyə edilib. Ailələrin bir qismi məktəblərə və məscidlərə sığınıblar.