Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda baş verən 3 ardıcıl zəlzələ nəticəsində 28 evdə və tövlədə çatlar yaranıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, 3.5, 4.4 və 4,5 maqnitudada zəlzələlər bir sıra fəsadlar törədib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən vətəndaşlara dəyən maddi zərərin hesablanması üzrə komissiya yaradılıb.
Qeyd edək ki, Türkiyədə ötən gün 3 zəlzələ qeydə alınıb.
Zəlzələ Hakkari vilayətinin Yüksekova rayonunda baş verib. Yeraltı təkanların ocağı 2,52 km dərinlikdə yerləşib.