Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı artdı

0
148

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələlər zamanı çox sayda binanın dağılması ilə bağlı həbs edilənlərin sayı 218 nəfərə çatıb. Bundan əvvəl 188 nəfərin həbs edilməsi ilə bağlı xəbər yayılıb.

Araşdırmalarda 869 şübhəlinin məsuliyyəti müəyyən edilib.

Şübhəlilərdən 31-nin həyatda olmadığı, beşinin xaricdə olduğu müəyyənləşib, 81 şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Zəlzələlərdən sonra bölgədə baş verən oğurluq hadisələri ilə bağlı 388 hadisə ilə əlaqədar 317 şübhəli müəyyən edilib. Bu şübhəlilərdən 206-sı həbs olunub, 37 nəfər barəsində məhkəmə nəzarəti həyata keçirilib.