Türkiyədə zəlzələ oldu

0
28

Türkiyənin şimal-şərqindəki Gümüşhane şəhərində 4,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 06:09-da (Bakı vaxtı ilə 07:09) qeydə alınmış yeraltı təkanların episentri şəhərinə Kelkit rayonunda yerləşib. Zəlzələnin ocağı 5,09 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.