Türkiyənin Bitlis şəhərinin Hizan ilçəsində 4,6 bal gücündə zəlzələ baş verib.Bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Zəlzələ yerin 6,99 km dərinliyində meydana gəlib.
Məsələ ilə bağlı açıqlama verən Türkiyə Daxili İşlər naziri Süleyman Soylu yeraltı təkanlar nəticəsində dağıntının olmadığını bildirib.