
Mərmərə dənizinin Türkiyəyə aid hissəsində 3,7 bal gücündə zəlzələ baş verib.
Türkiyənin Kandilli Seysmologiya Mərkəzi zəlzələnin yerli vaxtla saat 00:33-də qeydə alındığını, İstanbul, Balıkesir və ətraf rayonlarda hiss edildiyini açıqlayıb.
Yeraltı təkanların ocağı 11,1 km dərinlikdə yerləşib.
Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) zəlzələnin 3,3 maqnitudalı olduğunu açıqlayıb.