Türkiyədə üç hava limanı mülki uçuşlara bağlandı

0
141

Türkiyədə zəlzələdən sonra Kahramanmaraş, Hatay və Qaziantep hava limanları mülki uçuşlara xidmət göstərməyi dayandırıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay TRT telekanalının efirində bildirib.

“Hatay hava limanında problemlər var. Kahramanmaraş və Qaziantep hava limanları mülki uçuşlar üçün bağlıdır”.

Onlar yalnız zəlzələdən zərər çəkənlər üçün xidmət göstərirlər.

Xatırladaq ki, Hatay Hava Limanının uçuş-enmə zolağının bir hissəsi yararsız hala düşüb və aeroport bağlanıb.

Bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.