Türkiyədə son 21 gündə 10 minə yaxın yeraltı təkan baş verib

0
153

Fevralın 6-da Türkiyənin cənub-şərqində silsilə dağıdıcı zəlzələlərdən sonra 10 minə yaxın afterşok qeydə alınıb.

Bunu cümə axşamı ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, zəlzələlərdən sonra 21 gün ərzində 9990 afterşok qeydə alınıb.

“21 minə yaxın binada axtarış-xilasetmə əməliyyatları başa çatıb. Hazırda bütün diqqətimizi binaların qalıqlarının təmizlənməsinə yönəltmişik”, – Sezer qeyd edib.

O əlavə edib ki, 8182 fövqəladə hallar işçisi dağıntılar üzərində işləri davam etdirir, ümumilikdə 230 min nəfər və xarici xilasetmə xidmətlərinin 1180 əməkdaşı təbii fəlakət bölgəsində işləyir.