
Türkiyənin Bursa şəhərində, Osmanqazi ilçəsinin Yeni Yalova küçəsində böyük yanğın baş verib.
Hadisə nəticəsində havaya qalxan tüstü yaxınlıqdakı avtomobillərin hərəkətinə əngəl törədib. Məhz bu səbəbdən ölkənin magistral yollarından biri – İstanbul-Bursa avtomagistralında hərəkət məhdudlaşdırılıb.
Hadisənin baş vermə səbəbləri hələ ki məlum deyil. Ərazidə yanğınsöndürmə briqadaları çalışır.