Türkiyədə saxta spirtli içkidən 10larla insan ÖLDÜ, 40 nəfər reanimasiyadadır

0
30

Ankarada saxta araq qəbulundan ölənlərin sayı 54-ə çatıb.

Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

“Daxil olan məlumatlara görə, Ankarada 54 nəfər saxta spirtli içki qəbulundan ölüb, 40 nəfər isə reanimasiyadadır. Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 28 nəfər şübhəli şəxs qismində həbs edilib”, – prokurorluqdan bildirilib.

Xatırladaq ki, yanvar ayında İstanbulda saxta spirtli içkidən ölənlərin sayının 37 nəfərə çatdığı bildirilmişdi. Onların arasında Türkiyə, Özbəkistan və Türkmənistan vətəndaşları olub.