Türkiyədə qanlı gecə: 3 il keçdi

0
483

2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının Türkiyədə hərbi çevrilişə cəhd etdiyi gecədən 3 il ötür.

Həmin gecədə qiyamçılar Ankara və İstanbul başda olmaqla, bir çox şəhərdə strateji obyektləri ələ keçirmiş, TRT kanalı vasitəsilə ölkədə hərbi çevriliş edildiyini elan etmişdilər.

F-16 qırıcı təyyarələrlə parlament binası və bir çox mühüm binalar bombalanmışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan xalqa səsləndikdən sonra onminlərlə insan küçələrə axışmış və silahlı terrorçulara qarşı mübarizə aparmış və qiyamın qarşısı alınmışdı.