Türkiyədə qadağadan sonra toylar belə keçiriləcək – FOTO

0
334

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirlərinin bir hissəsi olaraq, toylarda iştirakla bağlı yeni qaydalar tətbiq olunub.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, artıq bu barədə təlimatlar bütün şadlıq evlərinə göndərilib.

Yeni qaydalara əsasən, toylarda 1,5 metr uzunluğu olan çubuqlardan tutmaqla yallı gediləcək.

Toylarda səkkiz və ya 10 nəfərlik masaların arxasında yalnız dörd nəfər otura biləcək. 600 nəfərlik salonda 200-250 qonağın iştirak edəcəyi toy və nişan mərasimləri keçiriləcək.

Salona daxil olmazdan əvvəl hamının temperaturu ölçülməlidir. Maska taxmayan qonaqlara salona girməyə icazə verilməyəcək və arzu edənlərə girişdə şəxsi mühafizə vasitələri paylanacaq. Hər toydan əvvəl və sonra salonlarda dezinfeksiya işləri aparılacaq.

Bəylə gəlinə hədiyyə veriləcək zinət əşyaları artıq onların yaxalarına taxılmayacaq, bunlar zərflərin içində sandığa qoyulacaq.

Gəlin və bəylə əl sıxma və ya qucaqlaşmaq qadağan edilir. Toy boyunca gəlinə və bəyə yaxınlaşanların maska ​​taxmaları tövsiyə olunur.