Türkiyədə onlayn kitab sifarişi istifadəçilərinin kartlarından oğurluq: “Varlıdan alıb, kasıba paylayıram”

0
433

Türkiyədə onlayn kitab ticarəti saytından minlərlə istifadəçinin hesablarının oğurlandığı iddia edilir.

Kitabyurdum.com saytına daxil olan haker on minə yaxın istifadəçinin elektron poçt ünvanını, kodunu, hesab məlumatlarını oğurlayıb və kredit kartlarından pul çıxarıb.

Elektron poçt ünvanlarına alış-veriş etdikləri ilə bağlı bildiriş gələn istifadəçilər karqo adreslərinin fərqli olduğunu görüblər.

Həmin şəxs hesabından pul çıxardığı istifadəçilərdən birinə “Varlıdan alıb, kasıba paylayıram” deyə mesaj da yazıb.

Saytdan məsələyə aydınlıq gətirilməyib.