Türkiyədə məscidlərdə namaz qılınmayacaq – Koronavirusa görə

0
519

Türkiyənin Dini Qurumlara iş üzrə Komitəsinin rəhbəri Əli Ərbaş koronavirusla bağlı açıqlama verib.

T24.com.tr xəbər verir ki, o, camaat şəkildə namaz qılmağın virusun yayılma riskini artırdığını deyib:

“Yeni növ koronavirusla əlaqədar olaraq məscidlərdə cümə və camaat namazının qılınmasına fasilə verildi. Məscidlərin açıq olmasına qərar verilib.

Səhiyyə Nazirliyimiz təkcə Ümrədən gələnlər üçün deyil, eyni zamanda, başqa ölkələrdən gələn şəxslər üçün də 14 gün evdə qalmaları lazım olduğunu bildirib”.

Ərbaş tək halda məscidə gedərək, namaz qılmağın mümkün olduğunu da qeyd edib.

O, bütün cami və məscidlərin dezinfeksiya olunduğunu vurğulayıb.