Türkiyədə İŞİD-da işləyən fransız qadın SAXLANILDI

0
408

Ankara Baş Polis idarəsi Terrora Qarşı Mübarizə Kəşfiyyat Şöbə Müdirliyi qrupları təhqiqat aparıblar.

Əməliyyat zamanı İŞİD terror təşkilatı üzvü olan və qırmızı bülletenlə İnterpol tərəfindən axtarılan Fransalı “Sarah Talib”in Ankarada olduğu müəyyənləşib.

Bildirilir ki, o, ölkəsinə qayıtmaq üçün Fransa səfirliyi ilə əlaqə yaradıb. Kordinatları müəyyən olunan terrorçu səfirlikdən 200 metr məsafədə saxlanıb.

Terrora Qarşı Mübarizə Şöbə Müdirliyinə aparılan Talib, ifadəsi alındıqdan sonra deportasiya ediləcək.