Türkiyədə “Instagram” nə vaxt açılacaq? – NAZİR DANIŞDI

0
58

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Instagram” sosial media platformasının açılıb-açılmayacağı ilə bağlı yeni təfərrüatdan danışıb.

Bu barədə “Sondakika”a məlumat yayıb.

Uraloğlu açıqlamasında məsələ ilə bağlı ciddi irəliləyiş əldə olunduğunu, tələblər yerinə yetirildikdən sonra girişin təmin ediləcəyini deyib. Nazirin bu sözləri insanlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra paylaşılan başsağlığı mesajlarının “Instagram” tərəfindən senzuraya məruz qaldığını bildirmişdi. Altunun açıqlamasından bir neçə dəqiqə sonra isə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi avqustun 2-dən etibarən milyardlarla üzvü olan məşhur “Instagram”a girişi bloklamışdı.

“Tam olaraq istədiyimiz nəticəni ala bilməmişik, izləyirik və fəal şəkildə danışıqlar aparırıq”, – deyə Abdulkadir Uraloğlu “Instagram” rəsmiləri ilə baş tutan iclasdan sonra açıqlama verib. Onun sözlərinə görə, META şirkəti müdafiəsində ABŞ-nin HƏMAS-ı terror təşkilatı olaraq qəbul etdiyini və paylaşımların alqoritmlər tərəfindən bloklandığı ifadə edib.

“Instagram”a girişi niyə dayandırdıq? Kataloq cinayətləri ilə bağlı istədiyimiz addımları atmadılar. İki görüş keçirildi. Qarşı tərəfə həssas olduğumuz məqamları izah etdik. Burada bir məqamı diqqətdənkənar qoymamalıyıq, bir şirkət düşünün, onun qanunları olduğu kimi, bizim ölkənin də öz qanunları var. Bizim bəzi tələblərimizə “Şirkətimizin qanunları var” deyirlər. Amma siz bu ölkədə fəaliyyət göstərirsiniz. Bu ölkənin qanunları yoxdurmu? Əlbəttə, var. Siz də bunlara əməl etmək məcburiyyətindəsiniz. Hətta İsmayıl Haniyə ilə bağlı başsağlığı yazılarına belə icazə verilmir. Lakin ciddi irəliləyiş əldə etmişik. Tələblər yerinə yetirildikdə maneə aradan qaldırılacaq. Düşünürəm ki, çox keçmədən bizim həssaslığımızı nəzərə alacaqlar”, – deyə Uraloğlu bildirib.