Türkiyədə Heydər Əliyevlə bağlı INK tədbirinə mane olmaq istəyən şəxs həbs olundu – VİDEO

0
993

2010-2017-ci illərdə Azərbaycanın Türkiyədə səlahiyyətli səfiri olmuş, hal-hazırda XİN-nın konsulluq idarəsinin rəisi Faiq Bağırov həbs olunub…

Yadıma yaxın və unudulmaz bir tarixi xatırladan hadisə düşdü…
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi geniş tərkibdə Türkiyənin qəhrəman Maraş səhərinin Böyuk Bələdiyyə başqanlığı və valiliyi, Südçü İmam Universitetinin rektorluğunun və eyni zamanda səfirin razılığı ilə keçiriləcək tədbirin protokolu hazır olarkən (hansı ki, biz həmin gün Türkiyəyə yola düşmək ərəfəsindəydik) Siyavuş Novruzovun Türkiyənin Mədəniyyət Naziri Fuad Oktaya tədbirin ləğv olunması və Faiq Bağırovla şəxsən danışaraq o tədbirin keçirilməsinə yol verilməməsini tovsiyə etmişdi. Eyni zamanda o, gələn adamın, Rasim Məmmədovun müxalif görüslü, dövlətin maraqlarına zidd düşüncəli adam olduğu fikrini əsaslandırmışdı. Biz Türkiyəyə yola düşərkən vəziyyətdən xəbərsiz idik. Lakin Qəhrəman Maraş səhərinə çatarkən vəziyyətdən xəbərdar olduq. Mövcud vəziyyət bizi məyus etsə də ruhdan düşmədik. Südçü İmam Universitetinin rektoru Durumuş Dəvəci bəy əfəndi şəhərin vali və bələdiyyə başqanı ilə birgə onların tədbirin ləğvi qərarına əhəmiyyət verməyərək, ”Mən bu tədbiri keçirəcəyəm, bu Heydər Əliyev adınadır” deyərək tədbiri reallaşdırdı. Tədbir zamanı Böyük şəhər Bələdiyyə başkanı və Vali öz nümayəndələrini göndərərək öz etirazlarını bizə bildirsələr də, bu tədbirin gedişatına mane olmadı. Mədəniyyət Naziri Fuad Oktay isə teleqram vuraraq tədbir münasibəti ilə öz ehtiramını bildirərək bizi təbrik etdi.
Bu möhtəşəm tədbirdə ölkəmizdən akademik Vəli Əliyev, Niyaməddin Musayev, Namiq Abbasov, Kamilə Əliyeva, Telman Əliyev və bir cox mədəniyyət, elm nümayəndələrimiz iştirak edirdilər.
Qardaş Türkiyədə baş tutan daha bir tədbirimiz də Heydər Əliyevin anım günü İctimai Nəzarət Koalisiyası və Dunya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birgə təşkili ilə həyata keçirilmişdi. Tədbirə bir gün qalmış, biz Azərbaycanda olarkən paylaşımlar edərək bu möhtəşəm tədbirin həyəcan və sevincini həmvətənlərimizlə paylaşmışdıq. Bundan istifadə edərək Siyavuş Novruzov bütün qüvvəsini səfərbər edərək bizim Türkiyə tədbirimizi ləğv etməyə çalışsa da, biz ali məqsədimiz ugrunda mübariz duraraq Ulu Öndərimiz Heydər Əliyevin anım gününü Türkiyədəki həmvətənlərimizlə qürur hissi ilə qeyd edə bildik. Siyavuş Novruzovun bu hərəkətindən xəbər tutarkən mən onu dərhal vətən xaini hesab etdim və bu hərəkətin vətənə, dövlətə xəyanət olduğunu söylədim. Keçirdiyimiz tədbirdə səfirin çıxışı da nəzərdə tutulmuşdu. Lakin göstərilən təpkilərdən qorxaraq səfir tədbirdə iştirak etməkdən imtina edərək öz xanım nümayəndəsini göndərmişdi.

Həmin səfir 2016-cı ildə biz Kayseri şəhərindəki mühüm tədbirdən qayıdarkən Ankara səfirliyinda Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə keçiriləcək tədbirdə iştirak etməyimizi özü şəxsən bizdən rica etdi. Tədbirin daha canlı və bədii alınması üçün azərbaycanlı mədəniyyət xadimləri tədbirdə yaxından iştirak etdilər, hətta bizim apardığımız texniki qurğular belə tədbir zamanı istifadə olundu. Səfirlik binasının yanında, Heydər Əliyev adına parkda keçirilən bu tədbir hələ uzun müddət xatirələrdə qalacaq. Tədbirin yüksək səviyyədə təşkili, elektrik və texniki avadanlıqla təmin olunması birbasa Türkiyəli iş adamı, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəxri üzvü Öndər Bülbüloğluna aiddir.

Onun xahişi ilə İctimai Nəzarət Koalisiyası və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin əl-ələ verərək Ulu öndər, dahi Heydər Əliyevin anım günü münasibətilə qardaş Türkiyədə Heydər Əliyev parkında keçirilən tədbirə verdiyimiz dəstək keçirmək amalına qıcıqlanaraq, daxili və xarici siyasəti əldə alət edərək tədbirimizə mane olmaq istəyən Siyavuş Novruzov kimi xəyanətkar ünsürlər bir çox vasitələrə əl atsalar da, məqsədlərinə nail ola bilmədilər. Ən bağışlanılmazı isə ölkəsinə xəyanət edən, varlığımızın, müstəqilliyimizin səbəbkarı, dahi Heydər Əıiyevin doğum gününün qeyd olunması ilə barışa bilməyən bu mənfur ünsür (Siyavuş Novruzovu nəzərdə tuturam) ictimai-siyasi fəaliyyətimdə, elmi-mədəni düşüncələrimdə hər zaman dahi Heydər Əliyev düşüncələrinə söykəndiyim halda məni qonşu ölkəyə müxalifət kimi tanıdaraq öz qara niyyətlərini reallaşdırmaq istədi. Lakin sadə və ulu bir həqiqət var: Haqq nazilər, üzülməz. Qarşımızda nə qədər maneələr yaratsa da, biz öz işıqlı məqsədimizə nail olduq.


Rasim Məmmədov,
İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri