Türkiyədə FETÖ əməliyyatı: 210 nəfər tutuldu

0
602

Türkiyədə – İstanbulda FETÖ-nün Türkiyə silahlı qüvvələrindəki dayaqlarına qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı orduda vəzifədə olan 210 nəfər haqqında tutulma və nəzarətə götürmə qərarı çıxarılıb.

İstanbul Prokurorluğunun həyata keçirdiyi əməliyyatda təqsirli bilinənlərin bir-biri ilə taksofonlar vasitəsilə əlaqə qurduğu ortaya çıxıb.

Prokurorluğun təlimatı ilə hələ də vəzifədə olan 210 nəfər barədə tutulma qərarı verilib.

Onlardan beşinin polkovnik, yeddisinin polkovnik-leytenant, 14-nün mayor, 33-nün kapitan, 47-nin baş leytenant, ikisinin leytenant, 102-nin isə gizir olduğu bildirilib.