Türkiyədə daha bir təbii fəlakət

0
643

Türkiyədə daha bir təbii fəlakət yaşanıb. Belə ki, dünən axşamdan yağan güclü qar səbəbindən bir çox məntəqələrlə əlaqəsi kəsilən Van əyalətində qar uçqunu baş verib.

Bu barədə “Hurriyət” xəbər yayıb.

Bildirilib ki, hadisə bu gün yerli vaxtla saat 10:30 radələrində Çataq-Van magistralının 10-cu kilometrliyində yerləşən Elmacı bölgəsində qeydə alınıb.

Həmin yol güclü qar səbəbindən nəqliyyata bağlı olduğundan uçqun zamanı xəsarət alan olmayıb.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qar uçqunu baş vermişdi. Hadisə nəticəsində 33 nəfər həlak omuş, 50-dən çox insan yaralanmışdı.