Türkiyədə daha bir güclü zəlzələ oldu –5.1 bal gücündə

0
500

Türkiyənin Manisa şəhərində 5.1 bal gücündə zəlzələ olub.

Məlumatı Kandilli Rəsətxanası yayıb.

Zəlzələ bu gün yerli vaxtla 14.26-da baş verib.

Yeraltı təkanların episentri Manisanın Kırkagac rayonunda 11.8 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Zəlzələ İzmir bölgəsində də hiss olunub