Türkiyənin Manisa vilayətinin Soma rayonunda yük maşınının avtobusa çırpılması nəticəsində doqquz sərnişin ölüb, 30 nəfər yaralanıb.
Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Həyatını itirənlərdən altısı hadisə yerində, üç sərnişin isə Soma Dövlət Xəstəxanasında keçinib.
Hazırda həkimlər digər xəsarət alanların müalicəsi ilə məşğul olur.
Qəzanın təfərrüatı araşdırılır.