Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən “Kervansaray” hoteldə yanğın baş verib.
Yanğın qısamüddətdə genişlənərək binaya yayılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib.
Bursa Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbey yanğında 1 nəfərin öldüyünü, 4 nəfərin isə xilas edildiyini açıqlayıb.
Xatırladaq ki, Bolu vilayətinin Kartalkaya rayonundayanvarın 21-də baş verən yanğın nəticəsində 78 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb. Ölkədə matəm elan edilib.

