Türkiyədə avtobus qəzasında ölənlərdən ikisi Azərbaycan vətəndaşıdır – FOTO

0
319

Dekabrın 18-də Qarsın Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda deyilir:

“Bütün dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbr, yaralananlara isə tezliklə şəfa diləyirik”.