Türkiyənin Bingöl şəhərinin Qarlıova mahalında 5,8 bal gücündə zəlzələ olub.
Bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Zəlzələnin episentrinin yerin 5 kilometr dərinliyində olduğu bildirilib. Yeraltı təkanlardan sonra insanların küçələrə çıxdığı qeyd edilib.
Hələ ki, tələfat və dağıntı ilə bağlı məlumat verilmir.
***
Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun sözlərinə görə, Qarlıovada növbətçi qülləsinin aşması nəticəsində 1 təhlükəsizlik əməkdaşı dağıntı altında qalıb, 2-si yaralanıb.
***
Bingöldə növbəti zəlzələ (4,7 bal) baş verib.
Bildirilib ki, ilk zəlzələdən sonra 10-dan çox ev dağılıb. Zəlzələ zamanı dağıntı olan ərazilərə xüsusi qruplar göndərilib.
***
Bingöldə təbii fəlakət nəticəsində dağıntılar altında qalmış 1 təhlükəsizlik əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.
Yaralıların sayının isə 8-ə çatdığı deyilib.
***
Türkiyə prezidentinin sözçüsü Fuad Oqtay zəlzələdə xəsarət alanların sayının 18 nəfərə çatdığını bildirib.