Türkiyədə 138 min nəfər karantinə alınıb

0
397

Hazırda Türkiyədə yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində 138 min nəfər karantinə alınıb.

Bunu ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Türkiyənin böyük şəhərlərində gündəlik həyatın 85-90 faiz dayandığını qeyd edən nazir indiyədək ölkə rəhbərliyi tərəfindən COVID-19-la bağlı qəbul olunan qərarlara məhəl qoymayan 26 min vətəndaş haqqında lazimi tədbirlərin görüldüyünü deyib.

S.Soylu son bir neçə gün ərzində koronavirusla bağlı əsassız və təxribat xarakterli məlumatlar yayan 4186 sosial media hesabının aşkarlandığını, onların böyük əksəriyyətinin ölkə xaricindən idarə edildiyini bildirib.