Türkiyə vətəndaşları Bakıda aksiya keçirib – FOTO/VİDEO

0
332

İyunun 5-i günorta saatlarında bir qrup Türkiyə vətəndaşı və Türkiyədə yaşamaq üçün xüsusi icazəsi olan Azərbaycan vətəndaşları ölkələrinin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirib.

Buna səbəb isə onların səfirliyə etdikləri müraciətə baxılmamasıdır. Belə ki, vətəndaşlar təxminən, bir ay əvvəl səfirliyə müraciət edərək Türkiyəyə təxliyyə edilmələrini istəyiblər. Səfirlikdən vətəndaşlara bildirilib ki, təxliyyə prosesi yalnız müvafiq sənədlərin toplanmasından sonra baş tutacaq.

Etiraz edənlərdən biri bildirib ki, sənədlərin toplanmasına və vaxtında Türkiyənin Azərnaycandakı səfirliyinə müraciət etmələrinə baxmayaraq, proses baş tutmur.

Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Vətəndaşların sözlərinə görə, səfirlikdən polis əməkdaşlarına etiraz edənləri zorla uzaqlaşdırmaq tələb edilib.

Videonu lentə alanlardan biri iddia edir ki, bu gün səhər saatlarında Azərbaycandan Türkiyəyə Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə sadəcə bir neçə vətəndaş göndərilib. Digər vətəndaşların isə təxliyyəsi baş tutmayıb.