Türkiyə səhəri güclü zəlzələ ilə açdı

0
242

Türkiyənin Kahramanmaraş şəhərində 5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Onikişubat rayonunda yerli vaxtla saat 05:53-də baş verən zəlzələnin dərinliyi 6,95 kilometr olub. Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

AFAD-dan verilən açıqlamada deyilir: “Kahramanmaraşın Onikişubat rayonunda meydana gələn 5 bal gücündə zəlzələdən sonra indiyə qədər heç bir neqativ vəziyyətə rast gəlinməyib. Araşdırmalar davam edir. Zərərçəkmiş vətəndaşlarımıza şəfa diləyirik”.