Türkiyə səfirinin müşaviri: “Heydər Əliyev adını türk dünyasının liderləri sırasına yazdırıb”

0
350

“Ömrünü vətənini sevməyə həsr etməklə çətin anlarda məsuliyyəti öz üzərinə götürən unudulmaz dövlət xadimi Heydər Əliyev rəhbərlik etdiyi dövrdə Azərbaycanda sabitliyi təmin etdi”.

Bu sözləri açıqlamasında 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

O bildirib ki, Heydər Əliyev adını türk dünyasının liderləri sırasına yazdırıb:

“Azərbaycanda sosial və mədəni inkişafı sürətləndirərək ölkəsinin yeraltı sərvətlərini aktivləşdirməklə iqtisadi inkişafa start verdi. Neft şirkətləri ilə əsrin müqavilələrini bağlayan H.Əliyev adını türk dünyasının unudulmaz liderləri sırasına yazdırdı.

Türkiyə və Azərbaycan üçün söylədiyi və prinsip olaraq mənimsətdiyi bu sözləri hər zaman dillər əzbəri olacaq: Bir millət, iki dövlət… Azərbaycan üçün çox vacib bir strategiya qoyub gedən ümummilli liderin hakimiyyətə gəlişinin ildönümü – Milli Qurtuluş Günü münasibətilə təbrik edir, ölkənin müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirəm. Bayramınız mübarək!”